Azərbaycanda kompüter istehsalı artıb

23 Yanvar 2020 19:37

2019-cu il ərzində Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 276,8 milyon manatlıq məhsul istehsal olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 51,8 faiz, elektrik avadanlıqlarının istehsalı isə 1,1 faiz artıb.

Dövr ərzində əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazlar 41,5 faiz, avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı isə 38,8 faiz artıb. 

Milli.Az