ABŞ İranın vurduğu bazaya “Patriot” yerləşdirir

23 Yanvar 2020 18:31

ABŞ İran tərəfindən raket atəşinə tutulan İraqdakı hərbi bazasına "Patriot"raketləri yerləşdirəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Foks Nyus" Pentaqondakı mənbəyə istinadla məlumat yayıb.

"İraqdakı ABŞ hərbçilərinin müdafiəsi üçün "Patriot" zenit-raket kompleksləri yerləşdiriləcək", - kanal bildirib.

Kanalın məlumatına görə, İranın raket hücumunun qarşısı məhz raketdən müdafiə sistemlərinin olmadığı üçün alınmayıb. Çünki İran tərəfindən ABŞ bazasına raket hücumu elə də inandırıcı görünməyib.

Milli.Az