Putini heyrətə salan tarixi fakt

23 Yanvar 2020 20:54

Rusiya Prezidenti Vladimir Putin onu heyrətə salan tarixi faktı açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Putin İsrail səfərində çıxışı zamanı bildirib.

Tarixi sənədləri araşdıran Rusiya Prezidenti Leninqrad (Sankt-Peterburq) sakinlərinin blokada illərində cəbhənin ehtiyacları üçün 144 ton qan verdiyini öyrəndiyini söyləyib.

"Bu məni heyrətə gətirdi", - deyə Putin vurğulayıb.

Qeyd edək ki, V.Putin İsraildə blokadada qalmış Leninqradın müdafiəçiləri və sakinlərinin xatirəsinə qoyulmuş abidənin açılışında iştirak edib.

Milli.Az