16 yaşlı türk futbolçu “Ayaks”ın tarixinə düşdü

23 Yanvar 2020 20:29

"Ayaks"ın futbolçusu Naci Ünüvar komandada qol vuran ən gənc oyunçu olaraq klubun tarixinə düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, əslən türkiyəli olan oyunçu Hollandiya kubokunun 16-cı turunda "Spakenburq"la matçda meydana çıxıb. O, oyunun son dəqiqələrində penaltini düzgün yerinə yetirib . Bununla da Naci Ünüvar komanda tarixində qol vuran ən gənc futbolçu olub - 16 yaş 223 günlüyündə.

Qeyd edək ki,  N.Ünüvar 17 yaşlılardan ibarət Hollandiya millisinin də üzvüdür.

Milli.Az