Prezident İlham Əliyev Vaqif Şadlinskini “Şöhrət” ordeni ilə təltif edib

23 Yanvar 2020 17:34

Prezident İlham Əliyev Vaqif Şadlinskinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda tibb elminin inkişafında xidmətlərinə görə Vaqif Bilas oğlu Şadlinski "Şöhrət" ordeni ilə təltif edilir.

Milli.Az