10 yaşlı uşaq relslərin üzərində sərxoş vəziyyətdə tapıldı

23 Yanvar 2020 18:14

Dəmir yolunda relslərin üzərində uzanmış 10 yaşlı məktəblinin sərxoş vəziyyətdə olması görənləri heyrətə gətirib. Onlar dərhal təcili yardıma xəbər veriblər.

Hadisə Rusiyada baş verib.

Milli.Az oxu.az-a istinadən ki, Saratov sakinləri əvvəlcə uşağın xəstə olduğunu, ya da başına bir iş gəldiyini düşünüblər. Lakin sonradan onun sərxoş olduğu aydınlaşıb.

Hadisə yerinə gələn tibb işçiləri uşağı xəstəxanaya aparıblar. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Məktəblinin bu vəziyyəti ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az