Xaçmazda yeni KOB mərkəzi açılacaq

23 Yanvar 2020 11:21

Xaçmazda yeni KOB mərkəzi açılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov ərzaq təhlükəsizliyinin cari vəziyyəti və perspektivlərinə həsr olunmuş biznes forum zamanı deyib.

O bildirib ki, bu il Xaçmazda dövlət mexanizmlərinin tətbiqi vasitəsilə sahibkarların ticarət bazarına çıxmasına kömək edəcək KOB dəstək mərkəzinin açılması planlaşdırılır.

Milli.Az