Bir neçə təşkilat parlament seçkilərində exit-poll aparmaq üçün müracit edib

23 Yanvar 2020 11:27

Bir neçə təşkilat Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində exit-poll keçirmək üçün müraciıt edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, exit-poll keçirmək istəyən təşkilatlar qanunvericiliyə görə səsvermə gününə 20 gün qalmış Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməlidir: "Artıq bu müddət başa çatıb və exit-poll keçirmk istəyən təşkilatların müraciətləri Mərkəzi Seçki Komissiyasına daxil olub. Hazırda MSK bununla bağlı iş aparır. Yaxın günlərdə sənədlərini tam olaraq MSK-ya təqdim edən təşkilatların məlumatları KİV-lərə təqdim ediləcək".

Milli.Az