Gəncədə poliklinikada yanğın olub

23 Yanvar 2020 07:45

Gəncədə poliklinikada yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Gəncə şəhərinin Kəpəz rayonunda 5 saylı Şəhər Poliklinikasının Pediatrik şöbəsinin yerləşdiyi birmərtəbəli binanın dəhlizində döşəmə 1 m² sahədə yanıb.

Yanğın yanğından mühafizə bölmələri çatana kimi vətəndaşlar tərəfindən söndürülüb.

Milli.Az