“O klipdən sonra övladım öldü” - Səyyad Əlizadə tükürpədən hadisədən DANIŞDI - VİDEO

22 Yanvar 2020 17:14

ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı əməkdar artist Səyyad Əlizadə olub.

Milli.Az bildirir ki, müğənni yaşadığı övlad itkisindən danışıb:

""Gücüm gözlərimin yaşına çatır" klipi 1999-cu ildə çəkilib. Çox təsirli klipdir. Ona baxa bilmirəm. Heç bir ata-anaya övlad itkisi arzulamıram. Çünki o hiss çox böyük dəhşətdir. Klipdə ata öz övladını itirir və mən həyatda onu yaşadım.

Atabəyin, oğlumun ekiz qardaşı Məhəmməd dünyasını dəyişdi. Ona görə o klipə baxanda məni dəhşət bürüyür, çünki klipdən sonra övladımı itirdim. Taleyim bunu mənə yaşatdı. 1999-cu ildə klip çəkildi 2006-ci ildə mən onu yaşadım".

Milli.Az