Kirayəyə veriləcək mənzillərin aylıq ödəniş qiyməti açıqlandı

22 Yanvar 2020 11:32

Azərbaycanda kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunacaq mənzillərin aylıq ödəniş qiyməti Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq.

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

Qeyd edək ki, bu gün saat 10:00-dan bu mənzillər üzrə elektron müraciətlərin qəbuluna başlanıldı. 

Milli.Az