İngiltərə Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
Milli.Az xəbər verir ki, turun mərkəzi matçında "Çelsi" doğma meydanda "Arsenal"ı qəbul edib. London derbisi 2:2 hesablı bərabərliklə başa çatıb.
"Çelsi" 40 xalla 5-ci, "Arsenal" isə 30 xalla 10-cu yerdədir.
"Çelsi" - "Arsenal" 2:2
Qollar: Jorjinyo 28 (pen), Sezar Aspilikueta, 84 - Qabriel Martinelli, 63, Hektor Bellerin, 87
Milli.Az