Fici sahillərində zəlzələ baş verib

22 Yanvar 2020 08:59

Sakit okean sularında güclü zəlzələcqeydə alınıb .

Milli.Az Trend-ə istinadən bildirir ki, Fici adası sahillərində 5,5 bal gücündə zəlzələ olub.

ABŞ Geoloji Xidmətinin verdiyi məlumatda zəlzələnin episentrinin 77 min insanın yaşadığı Suva şəhərindən 195 km şimal-qərbdə yerin 10 kilometr dərinliyində qeydə alındığı bildirilir.

Dağıntı və sunami təhlükəsi barədə məlumat verilməyib.

Milli.Az