"Toyota" 3,4 milyon avtomobili geri çağıracaq

22 Yanvar 2020 08:07

Yaponiyanın ən böyük avtomobil istehsalçısı "Toyota" təhlükəsizlik problemləri səbəbindən dünya üzrə 3,4 milyon avtomobilini geri çağıracaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu qərara səbəb təhlükəsizlik yastıqlarının qəza vəziyyətində açıla bilməməsi və ya tam açılmaması ilə əlaqədar texniki nasazlıqdır.

Bildirilir ki, ən çox avtomobil ABŞ-da geri çağırılacaq - 2,9 milyon.

Qeyd olunur ki, geri çağırılmalı modellər Corolla (2011-2019-cu il buraxılışı), Matrix (2011-2013), Avalon və Avalon Hybrid (2013-2018) olacaqlar.

Milli.Az