FHN: Universitetdə yanğın olmayıb - VİDEO

21 Yanvar 2020 22:58

Azərbaycan Neft və Sənaye niversitetində yanğın hadisəsi baş verməyib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva deyib.

Onun sözlərinə görə, hadisə barədə Fövqəladə Hallar Nazirliyinə yanlış məlumat daxil olub: "Hadisə barədə bizə məlumat daxil olub, əraziyə yanğından mühafizə bölməsinin əməkdaşları cəlb olunub. Məlum olub ki, ərazidə heç bir yanğın hadisəsi baş verməyib".

Milli.Az