Masazırda "Mercedes"lə betonqarışdıran toqquşub, sıxlıq var

21 Yanvar 2020 20:45

Abşeron rayonunun Masazır qəsəbəsində yol qəzası olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə qəsəbənin Əliağa Vahid küçəsində qeydə alınıb.

Dönmə əməliyyatını düzgün həyata keçirməyən 90 DX 834 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil və betonqarışdıran maşının toqquşması nəticəsində yolun hər iki istiqamətində sıxlıq yaranıb.

Minik avtomobilinə ziyan dəysə də xəsarət alan olmayıb.

Milli.Az