Madonna konsertə dəqiqələr qalmış səhnəyə çıxmaqdan İMTİNA ETDİ

21 Yanvar 2020 18:09

Dünyaca məşhur müğənni Madonna konsertinin başlamasına 45 dəqiqə qalmış səhnəyə çıxmaqdan imtina edib.

Milli.Az ''ölkə.az''a istinadən xəbər verir ki, Madonna iki gün əvvəl baş tutacaq konsertini başlamasına dəqiqələr qalmış tədbiri təxirə salıb. O, bu xəbəri tamaşaçıların mail ünvanına göndərərək səhnəyə çıxmayacağını bildirib. Eyni zamanda müğənni bu haqda ''İnstagram'' hesabında paylaşım edərək tamaşaçılardan üzr istəyib. O, daha sonra açıqlama verərək bildirib ki, səhhətində problem yarandığı üçün konserti təxirə salmalı olub.

Qeyd edək ki, 61 yaşlı müğənni yaxın keçmişdə səhhətində yaranan problemlərə görə 3 konsertini təxirə salmalı olmuşdu.

Milli.Az