Mehmetcikdən terrorçulara insanlıq dərsi - FOTO
16 Aprel 2010 18:15
Milli.Az xəbər portalı "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, əsgərləri daşıyan avtobusa 3 nəfərin yaralanması ilə nəticələnən hücumdan sonra ordu bölgədə genişmiqyaslı əməliyyatlara başlayıb. Bütün gecəni davam edən əməliyyat nəticəsində bir terrorçu öldürülüb, daha biri isə yaralı olaraq ələ keçirilib.
Türk əsgərləri yaralı PKK-çını helikopterlə xəstəxanaya çatdırıblar. Şırnak valiliyinin açıqlamasına görə, 16 aprel 2010-cu ildə həyata keçirilmiş əməliyyat nəticəsində yaralanan terrorçu hərbi hospitalda yerləşdirilib. Prokurorluq faktla bağlı araşdırmalara başlayıb.
Milli.Az

--------------------------------------------------------------------------------
