Göyçayda “VAZ”la “Ford” toqquşdu: ölən var

21 Yanvar 2020 16:34

Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata əsasən, yanvarın 20-də saat 10 radələrində Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində rayon sakini Malik Kərimovun idarə etdiyi "VAZ-21099" markalı avtomobil və Şəki rayon sakini R.Həsənovun idarə etdiyi "Ford Transit" markalı mikroavtobus toqquşub.

Nəticədə M.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az