Ələkbər Yasamallı bacısı oğlunun intiharından yazdı: "Kaş ki şəhid olardın" - FOTO

21 Yanvar 2020 11:25

Əsgər gəlməyini həsrətlə gözləyirdim ki, mənə qardaş olasan. Bilsəydim ki, bu gün faciəvi şəkildə öləcəksən sən əsgərlikdə olanda sənə şəhid olmaq arzu edərdim. 

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu sözləri tanınmış meyxanaçı Ələkbər Yasamallı intihar edən bacısı oğlu haqqında yazıb:

"Kaş ki şəhid olardın. Girərdik Şəhidlər Xiyabanına. Baxardıq ki, 100-lərlə 1000-lərlə oğlan yatır orada. Amma o təsirli olardı. Vətən sağ olsun! Yenə də başımız sağ olsun! Dostlar sağ olsun! İnanma səndən sonra dayın sağ olsun".

Qeyd edək ki, ötən gün paytaxt sakini, 1999-cu il təvəllüdlü Niftəliyev Şamxal Təbriz oğlu yaşadığı evdə özünü asıb.

Onu da qeyd edək ki, özünü asan Şamxal məşhur meyxanaçı Ələkbər Yasamallının bacısı oğludur və hərbi xidmətdən yeni qayıdıb.

Milli.Az