İtaliya klubu "Qarabağ"ın legionerini transfer edir

21 Yanvar 2020 11:56

"Qarabağ" ın fransalı legioneri Faysal Rerras karyerasını İtaliyada davam etdirə bilər.

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, İtaliya B Seriyasının təmsilçisi "Benevento" Mərakeş əsilli belçikalı futbolçunun transferində maraqlıdır.

Hazırda B Seriyasında turnir cədvəlinə başçılıq edən komanda növbəti mövsümdən A Seriyasında çıxış etməyə real namizəddi. Bu səbəbdən, yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Benevento" "Qarabağ"ın 26 yaşlı sol cinah müdafiəçisini transfer etmək istəyir. Rerrasın əsas heyətinə düşə bilmədiyi Ağdam təmsilçisi ilə sözləşməsi iyunadək nəzərdə tutulub. Rerrasla İtaliyanın "Krotone", Fransanın "Lans", Türkiyənin "Rizespor" və Belçikanın "Lyej" klubları da maraqlanır. 

Qeyd edək ki, Rerras "Qarabağ"a ötən ilin yayında transfer olunub.

Milli.Az