Mingəçevirdə qardaş və bacı yanıb

21 Yanvar 2020 08:43

Mingəçevirdə ehtiyatsızlıq üzündən azyaşlı qardaş və bacı yanıq xəsarətləri alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Günəşli yaşayış massivi, 13-cü küçədəki fərdi təsərrüfatlardan birində baş verib.

Ehtiyatsız davranışları nəticəsində qaynar su ilə dolu qab aşaraq azyaşlı qardaş və bacının üzərinə dağılıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan 2011-ci il təvəllüdlü Hüseyn Taleh oğlu Qorçiyev və onun 2012-ci il təvəllüdlü bacısı Zəhra Qorçiyeva xəstəxanaya yerləşdiriliblər.

Milli.Az