"Barselona" albaniyalı hücumçu aldı

21 Yanvar 2020 08:58

"Barselona" heyətinə yeni futbolçu ilə gücləndirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Kataloniya təmsilçisi "Albasete"dən Rey Manajı transfer edib.

Albaniyalı hücumçu ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb. Bu transfer üçün "Barsa" qarşı tərəfə 700 min avro ödəyib.

Qeyd edək ki, 22 yaşlı forvard bu mövsüm Sequndada 10 oyuna 3 qol vurub.

Milli.Az