"Sabah"ın oyununun saatı açıqlandı

21 Yanvar 2020 08:48

"Sabah" Antalyadakı təlim-məşq toplanışını davam etdirir.

Milli.Az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçi bu güb son yoxlama oyununa çıxacaq. Jelko Sopiçin kollektivi Rusiyanın "Spartak" klubunun əvəzediciləri ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, qarşılaşma "Sabah"ın "Youtube" kanalında canlı yayımlanacaq.

Milli.Az