Rəqib azarkeş öldürüldü, 25 fanat həbs olundu

21 Yanvar 2020 08:28

İtaliyada azarkeşlər rəqib komandanın fanatını qətlə yetiriblər.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Vultur Rionero" klubunun 39 yaşlı tərəfdarı Fabio Tuççiarello maşınla vurulub.

"Melfi" komandasının azarkeşlərinin vurduğu fanat dünyasını dəyişib. Daha üç nəfər xəsarət alıb ki, onlardan birinin durumu ağırdır. Məsələni araşdıran İtaliya polisi 30 yaşlı sürücü və daha 24 fanatı həbs edib.

Milli.Az