Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 Yanvar şəhidlərinn əziz xatirəsini yad ediblər - FOTO

20 Yanvar 2020 23:32

Daxili İşlər Nazirliyinin rəhbərliyi və şəxsi heyəti yanvarın 20-də Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanına gedərək 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşları xalqımızın azadlığı uğrunda canlarından keçmiş vətən fədailərinin məzarları üzərinə qərənfillər düzüblər.

Milli.Az