"Real"dan 35 milyonluq transfer

20 Yanvar 2020 23:43

Madridin "Real" klubu yeni transferini rəsmən açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İspaniya təmsilçisi Braziliya "Flamenqo"sundan Reyniri heyətinə qatıb. Madridlilər 18 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayınadək sözləşmə imzalayıb.

Qeyd edək ki, Reynir 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə Braziliya yığmasının heyətindən çıxışını başa vurduqdan sonra "kral klubu"nun ikinci komandası "Kastilya"ya qoşulacaq. Bu keçidin "Real"a 35 milyon avroya başa gəldiyi bildirilir.

Milli.Az