Beynəlxalq Muğam Mərkəzində "30 illik Qanlı Yanvar" adlı kompozisiya nümayiş olunub

20 Yanvar 2020 22:30

ASAN Könüllülərinin iştirakı ilə  yanvarın 19-da  Beynəlxalq Muğam Mərkəzində "30 illik Qanlı Yanvar" adlı kompozisiya nümayiş  olunub. Milli.Az bildirir ki, kompozisiya "ASAN Könüllüləri" təşkilatı tərəfindən "Mədəniyyət Carçısı" proqramı çərçivəsində təşkil olunub. Tədbirdən əvvəl ASAN Könüllüləri Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda  canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları  önünə gül dəstələri qoyublar. Daha sonra tədbir BMM-də  davam etdirilib.

Tədbir boyunca 30 il əvvəl Bakıda və Azərbaycanın bir neçə rayonunda keçmiş SSRİ qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən dinc əhaliyə divan tutulması, Bakını zəbt edərək misli görünməmiş qəddarlıq və vəhşilik törətməsini əks etdirən kompozisiya nümayiş olunmuşdur.  20 Yanvar hadisələrini əks etdirən və  video görüntülərlə təqdim edilən kölgə kompozisiyası tədbir iştirakçılarına xüsusən də gənclərə  Qanlı Yanvar hadisələrinin hüzn və kədərini çatdırmaqla bu hadisənin hər zaman yaddaşlarda yaşayacağını, şəhidlərimizin xatirəsinin əbədiliyini nümayiş etdirmiş oldu.

Milli.Az