Tənzilə Narbayeva yenidən sədr seçildi

20 Yanvar 2020 22:00

Bu gün yeni seçilmiş Özbəkistan Ali Məclisi Senatının birinci iclası keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda Tənzilə Narbayeva gizli səsvermə ilə yenidən Özbəkistan Ali Məclisi Senatının sədri seşilib.

Qeyd edək ki, yanvarın 16-17-də Senata keçirilən seçkilərdə 84 senator seçilib. Bir gün sonra isə qanunvericiliyə uyğun olaraq Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 16 senator təyin edib. Beləliklə də 100 senatordan ibarət Senat tam formalaşıb.

Milli.Az