Oğurluq üstündə saxlanıldı, başqa cinayətlərinin üstü açıldı

20 Yanvar 2020 18:59

Sumqayıt ŞPİ 4-cü PB-nin əməkdaşları tərəfindən M.Mayılov adlı şəxs oğurluq üstündə saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mərbuat xidmətindən Milli.Az-a verilən məlumata əsasən, oğurluq etdiyinə görə tutulmuş M.Mayılovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 1-dən 12-dək olan müddətdə şəhər sakini olan 4 nəfərin velosipedlərini oğurlaması da müəyyən edilib.

Milli.Az