Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir

20 Yanvar 2020 17:45

Ağ ev ABŞ-a övlad dünyaya gətirmək və avtomatik amerika vətəndaşlığı almaq məqsədilə gələn əcnəbi qadınlar üçün viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkə Prezidenti Donald Tramp doğum hüququ əsasında vətəndaşlıq verilməsini nəzərdə tutan ABŞ Konstitusiyasına 14-cü düzəlişi "açıq-aşkar gülməli" adlandırıb.

Qeyd olunur ki, təklif olunan dəyişikliklər ölkəyə qısamüddətli turizm və işgüzar məqsədlərlə gəlmək istəyənlər üçün verilən B tipli vizalara tətbiq oluna bilər.

Dövlət Departamentinin əməkdaşları ABŞ-a övladı üçün vətəndaşlığa nail olmaq məqsədilə gələnlərə viza verilməsindən imtina edə bilər.

ABŞ İmmiqrasiya Araşdırmaları Mərkəzinin statistikasına əsasən, hər il bu ölkənin ərazisində təxminən 33 min əcnəbi uşaq doğulur.

Milli.Az