"Fitch" Azərbaycan üzrə reytinqi təsdiqləyib

20 Yanvar 2020 16:45

"Fitch Ratings" beynəlxalq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli defolt reytinqini "BB+" səviyyəsində təsdiqləyib.

Milli.Az "APA-Economics"ə istinadən bildirir ki, bu proqnoz stabildir və ölkənin güclü xarici balansı ilə birgə aşağı dövlət borcunu əks etdirir.

Bundan əlavə, "BB+" reytinqi iqtisadiyyatın karbohidrogenlərdən güclü asılılığını və bank sektorunun davamlı zəifliyində nəzərdə tutur.

Milli.Az