“Mançester Yunayted”i şoka salan xəbər

20 Yanvar 2020 14:26

İngiltərə Federasiya kubokunun 1/32 final mərhələsinin "Vulverhempton"la cavab qarşılaşmasında (1:0) zədələnən Markus Reşfordun son durumu bəlli olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Mançester Yunayted"din 22 yaşlı hücumçusu 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Ayaq biləyindən zədə alan Reşfordun əməliyyat oluna biləcəyi də bildirilib.

Bu mövsüm Premyer Liqada 22 oyuna çıxan Reşford, 14 qol vurub və 4 məhsuldar ötürmə edib.

Milli.Az