“Bura qol vurmaq üçün gəlmişəm” - Haland

20 Yanvar 2020 13:41

Almaniya Bundesliqasının 18-ci turu çərçivəsində "Auqsburq"a 5:3 hesabıyla qalib gələn "Borussiya Dortmund"un futbolçusu Erlinq Haland açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Dortmund təmsilçisinin heyətində debüt oyununda het-triklə yadda qalan 19 yaşlı norveçli futbolçu, bunları deyib:

"Bura qol vurmaq üçün gəlmişəm. Sevinirəm ki, debütüm yaxşı alındı. Azarkeşlərin göstərdiyi dəstək möhtəşəmdir. Bu cür azarkeşlərin qarşısında oynamaq sevindiricidir. Burda xoşbəxtəm".

Holand bir müddət əvvəl "Zalzburq"dan "Borussiya"ya transfer olunmuşdu.

Milli.Az