La Liqadan Çinə

20 Yanvar 2020 14:00

2017-ci ildən La Liqada "Alaves"in uğurları üçün çalışan Mübarək Vakaso klubunu dəyişib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Qana yığmasının 29 yaşlı yarımmüdafiəçisi Çinə yollanıb.

Təcrübəli futbolçu bu ölkənin Super Liqa təmsilçisi "Qianqsou Suninq"lə müqavilə bağlayıb. Anlaşmanın detalları barədə məlumat verilməsə də, İspaniya klubu Vakasonun Çin təmsilçisinə keçdiyini rəsmi səhifə vasitəsilə təsdiq edib.

Yarımmüdafiəçi 2012-ci ildən dəvət aldığı Qana yığmasında 58 oyun keçirib, 12 qol vurub.

Milli.Az