Aybəniz Haşımovadan KƏDƏRLİ PAYLAŞIM - Canından keçmiş igid Xalid Quliyev - FOTO

20 Yanvar 2020 11:44

Əməkdar artist Aybəniz Haşımova şəhid olmuş həyat yoldaşı ilə fotosunu paylaşıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, o, həyat yoldaşı ilə olan fotosunu "İnstagram" səhifəsində yayımlayıb.

"90-cı illərdə saqqal saxlamaq qətiyyən dəb deyildi. Şəkildə gördüyünüz, Azərbaycanın Qəhramanı, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş igid Xalid Quliyev. Məhz 20 yanvar Şəhidlərinin yasin tutur. Baxmayaraq ki, məni və qardaşını dostunun toyuna aparmışdı. Nə qədər israr etsəmdə. Yenədə o, günü bax beləcə getdi o, toya. Onu, düz deyirlər "niyyətin hara, mənzilin də ora".

Hər dəfə bu şəklə baxanda adamın ürəyi param-parça olur. O, dövrün  oğlanları başqa idi. Gənclərimiz məndən inciməsin. O, dövrün oğlanları başqalarından ötrü canını fəda edirdilər. Necə ki, etdi. Ən dəhşətlisi isə o, sevgisinin mənə məhz şəhidlərin 40-cı günü etiraf etmişdi. Sanki, hərşeyi özü bilirdi. Ancaq, ən dəhşətlisidə hazırda özü mənə göstərdiyi, Şəhidlər xiyabanındakı, 3 cü, sırada uyuyur.

Allah bütün Şəhidlərimizə rəhmət etsin, yerləri behişt olsun",- deyə əməkdar artist fotosunu şərh edib.

Milli.Az