"Neftçi" Kiyev "Dinamo"suna qarşı

20 Yanvar 2020 11:55

Təlim-məşq toplanışını Antalyada davam etdirən "Neftçi" bu gün daha bir yoxlama oyunu keçirəcək.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" "Dinamo" (Kiyev) ilə qarşılaşacaq.

İlk yoxlama görüşündə "LKS Lodz"a 4:0 hesabı ilə məğlub olan təmsilçimiz bu görüşdə daha yaxşı oyun ortaya qoymağa çalışacaq. Roberto Bordinin komandadan ayrılışından sonra ilk oyununa çıxacaq "Neftçi"nin başında italiyalının köməkçisi olan Füzuli Məmmmədov olacaq.

Yoxlama oyunu

18:00 "Neftçi" - "Dinamo" (Kiyev)

Milli.Az