Futbol üzrə İtaliya A Seriyasında 20-ci turun oyunları keçirilir.
Milli.Az xəbər verir ki, lider "Yuventus" doğma meydanda "Parma"nı qəbul edib. Qarşılaşma Turin təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 51-ə yüksəldən "Yuventus" liderliyini davam etdirir. "Parma" isə 28 xalla 8-ci yerdədir.
"Yuventus" - "Parma" 2:1
Qollar: Kriştianu Ronaldu, 43, 58 - Andreas Kornelius, 55
Milli.Az