İsti su borusu partladı: 5 ölü var

20 Yanvar 2020 10:03

Yanvarın 20-nə keçən gecə Rusiyanın Perm vilayətinin Sənaye rayonunda yaşayış binasının birinci mərtəbəsində yerləşən "Karamel" mini-hoteldə isti su boru xətti partlayıb, hoteli su basıb.

Milli.Az APA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində ən azı beş nəfər ölüb, daha üç nəfər yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Milli.Az