Yeni baş məşqçi "Barselona"da qələbə ilə başladı - VİDEO - FOTO

20 Yanvar 2020 11:11

Futbol üzrə İspaniya La Liqasında 20-ci tura yekun vurulub.

Milli.Az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
 
Baş məşqçi postuna Kike Setyeni gətirən "Barselona" bu turda "Qranada"nı sınağa çəkib və minimal hesabla qalib gəlib. 

Barselona - Qranada 1:0
Qol:
Lionel Messi, 76.

Milli.Az