"Qalatasaray" "Dənizlispor"a qalib gəldi - VİDEO - FOTO

20 Yanvar 2020 10:32

Türkiyə Super Liqasında 18-ci turun oyunları keçirilir.

Milli.Az xəbər verir ki, "Qalatasaray" evdə "Dənizlispor"u 2:1 hesabı ilə məğlub edib.

Super Liqada turnir cədvəlinə 40 xalla "Sivasspor" başçılıq edir. "Qalatasaray" 30 xalla 6-cı, "Dənizlispor" 22 xalla 11-ci sıradadır.

"Qalatasaray" - "Dənizlispor" - 2:1

Qollar: Əmrə Akbaba, 26, Radamel Falkao, 57 - Özkal, 64

Milli.Az