Türkiyədə ticarət mərkəzi yanır

20 Yanvar 2020 09:05

Türkiyənin Kocaeli vilayətində ticarət mərkəzlərindən birinin damında yanğın başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Darıca rayonunda baş verib.

Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibb yardım briqadaları cəlb edilib.

Yanğının səbəbi bilinmir.

Milli.Az