Ağcabədidə "QAZ" yanıb

20 Yanvar 2020 09:11

Ağcabədidə minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ağcabədi rayonunun Qaradolaq kəndində "QAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az