Yunanıstanda atışma nəticəsində 2 nəfər ölüb

20 Yanvar 2020 08:06

Naməlumlar şəxslər Afina şəhərinin Vari rayonunda məşhur tavernaya gələnlərə atəş açıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, hadisə Afinanın cənubunda yerləşən "Voskopula" tavernasında baş verib.

Öldürülənlərdən biri Sloveniya, digəri Monteneqro vətəndaşıdır.

Atışmadan dərhal sonra hücum edənlər qaçıb, polis axtarışlara başlayıb.

Milli.Az