Səfurə Əlizadə Araşla «Always»i ifa etdi – FOTO – VİDEO
16 Aprel 2010 18:00
Milli.Az xəbər portalı 1news.az saytına istinadən xəbər verir ki, onlar Araşın Kiyevdəki konsertində dünən tanış olublar. Səhnə arxasında Araşa yaxınlaşan Səfurə onunla söhbətləşib və birgə mahnılar ifa edib. Onların oxuduqları mahnılardan biri də Araşın ötən il "Avroviziya" müsabiqəsində AySel Teymurzadə ilə ifa etdiyi "Always" olub. Daha sonra Araş Səfurəni səhnəyə çağıraraq, onu Azərbaycanın "Avroviziya"dakı təmsilçisi kimi təqdim edib.
S.Əlizadə Tophit.ru musiqi portalının yaradılmasının ildönümünə həsr edilmiş tədbirə də qatılıb və orada çıxış edib.