Misir polisi Anadolu agentliyinin bütün əməkdaşlarını sərbəst buraxdı

19 Yanvar 2020 23:38

Misirin paytaxtı Qahirədə həbs olunan Anadolu agentliyinin bütün əməkdaşları sərbəst buraxılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Məlumata görə, onların səhhəti normaldır. Qeyd edək ki, yanvarın 14-də polis Anadolu agentliyinin Qahirədəki ofisinə basqın təşkil edərək, jurnalistləri həbs etmişdi.

Misir hökuməti hadisənin səbəblərini açıqlamır.

Milli.Az