"Bavariya" Berlindən darmadağınla dönür

19 Yanvar 2020 23:31

Almaniya Bundesliqasında 18-ci turun oyunları keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Bavariya" Berlində "Herta"nın qonağı olub. Görüş Münhen klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Herta" - "Bavariya" - 0:4
Qollar:
 Müller, 53, Levandovski, 73, Alkantara, 76, Perişiç, 84

Bu nəticədən sonra "Bavariya" 36 xalla 2-ci, "Herta" 18 xalla 14-cü pillədə qərarlaşıb. "Leyptsiq" 40 xalla liderdir.

Milli.Az