Hindistanda K-4 ballistik raketi sınaqdan keçirilib

19 Yanvar 2020 22:02

Yanvarın 19-u Hindistanda K-4 sualtı qayıqları üçün ballistik raketin uğurlu sınaqları keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ANI informasiya agentliyi bildirib.

Məlumata əsasən, raket Andhra Pradeş ştatı sahillərində Benqal körfəzində su altından buraxılıb.

Sınaqların keçirilməsi ilə bağlı digər təfərrüatlar barədə məlumat verilməyib.

Milli.Az