NATO ilk hava-yer müşahidə dronunu təqdim edib

20 Yanvar 2020 02:30

NATO-nun İtaliya şirkətinə sifariş etdiyi 5 hava-yer müşahidə dronunun ikisi artıq hazırdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, pilotsuz uçan aparatların təqdimat mərasimində NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edib.

Mərasimdə çıxış edən baş katib bildirib ki, "RQ-4 Global Hawk" dronlarının bir variantı olan bu pilotsuz uçan aparatlar Afrikanın Sahel bölgəsində və Yaxın Şərqdə əməliyyatlara cəlb olunmaqla bərabər, həm də Avropa üçün nəzərdə tutulub.

Milli.Az