Ukraynanın football.ua saytı "Aleksandriya"nı bu qış tərk etməli olan 5 futbolçunun siyahısını dərc edib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, siyahıda millimizin üzvü Pavel Paşayev də yer alıb. Ukraynalı həmkarlarımız 32 yaşlı müdafiəçi ilə bağlı bunları yazıb: "Pavel Paşayev artıq kifayət qədər uzun müddətdir ki,"Aleksandriya"dadır. Amma, deyəsən, komandada onun vaxtı tədricən sona yaxınlaşır. Müdafiəçi Avropa Liqasında etibarlı çıxış etmirdi və Ukrayna çempionatında mütəmadi olaraq yaxşı oynamırdı".
Yazıda o da qeyd olunub ki, P.Paşayevin mövqeyində oynamaq üçün komandada kifayət qədər futbolçu var.
Xatırladaq ki, P.Paşayev 2017-ci ildən "Aleksandriya"da oynayır.
Milli.Az